Saytımızı qiymətləndirin


 
 

Orban Brüsseli ölkələrin suverenliyinə təzyiq göstərməkdə ittiham edib
Tarix: 16-05-2022 | Saat: 18:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Viktor Orban

Macarıstanın Baş naziri Viktor Orban Avropada tənəzzül erası ilə bağlı xəbərdarlıq edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Viktor Orban dördüncü dəfə seçildiyi Baş nazir postuna andiçmə mərasimində deyib.

O, Brüsseli gücdən sui-istifadə etməkdə, ölkələrin suverenliyinə təzyiq göstərməkdə ittiham edib. Lakin bu ittihamına baxmayaraq, o bildirib ki, Macarıstanın yeri növbəti onillikdə Avropa İttifaqındadır.

Baş nazir qeyd edib ki, Macarıstanın enerji təhlükəsizliyi üçün risk yaratmadığı müddətcə, onun ölkəsi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına mane olmayacaq: “Müharibə və buna cavab olaraq verilən Avropa sanksiyaları siyasəti enerji böhranı yaradıb. Enerji böhranı və ABŞ-dakı faiz artımı birlikdə yüksək inflyasiya dövrünü gətirib. Bütün bunlar Avropada iqtisadi hasilatın azalması, durğunluq və hasilatın cüzi artımlarının bir-birini izləyəcəyi tənəzzül dövrünü gətirəcək”.

Baş nazir Ukraynada davam edən müharibəyə də toxunub. O, müharibənin uzun müddət davam edəcəyini və Macarıstan üçün daimi təhlükəsizliyə təhlükə yaradacağını əlavə edib.



Xəbəri paylaş

1371 dəfə oxunub.

Digər xəbərlər