"Əgər Avropa İttifaqı həqiqətən də Vladimir Putinin təcrid vəziyyətində olduğunu başa düşməsini istəyirsə, onunla danışıqları  kəssin".

Qarabaginfo.az xəbər verir ki, bu barədə  Estoniyanın baş naziri Kaja Kallas "Euractiv"ə müsahibəsində deyib. 

"Mən hiss edirəm ki, əgər hamı ona ( Putin - red.) daim zəng vursa, o, təcrid olunduğuna dair mesaj almır. Odur ki, həqiqətən də “təcrid olunduğunuz” mesajını çatdırmaq istəyiriksə, ona zəng etməyin. Bunun mənası yoxdur. Hər kəs onunla danışaraq diqqət mərkəzində olduğunu hiss edir. Bəs bundan nə əldə edirik? Mən heç bir nəticə görmürəm, çünki bütün bu danışıqlardan sonra Buça, İrpin kimi ərazilərdəki qırğınları gördük. Lakin gərginliyin azaldılmasının heç bir əlamətini görmürük”, - deyə Kallas bildirib.