Saytımızı qiymətləndirin


 
 

Stoltenberq: "NATO Ukraynaya hərbi yardımı artırmağa davam etməlidir"
Tarix: 15-05-2022 | Saat: 17:48
Bölmə:Karusel / Dünya | çapa göndər

 

NATO Rusiya ilə məsələdə siyasi həll yollarını tapmağa hədəflənib - Yens Stoltenberq

NATO ölkələri Ukraynaya hərbi yardımı artırmağa davam etməlidir.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində alyans xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında videobağlantı vasitəsilə bildirib.

O, koronavirusa yoluxduğu üçün şəxsən iştirak edə bilməyib.

"NATO ölkələri Ukraynaya milyardlarla dollarlıq hərbi yardım edib və on minlərlə ukraynalı əsgərə təlim keçib. Biz Ukraynaya hərbi yardımımızı Ramşteyn Hərbi Hava Bazasında fəaliyyət göstərən Dəstək Qrupu vasitəsilə artırmağa davam etməliyik", - Stoltenberq vurğulayıb.



Xəbəri paylaş

1310 dəfə oxunub.

Digər xəbərlər