Saytımızı qiymətləndirin


 
 

Pakistanda anomal istilər 3 uşağın həyatına son qoydu
Tarix: 15-05-2022 | Saat: 13:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Pakistanda anomal istilər 3 uşağın həyatına son qoydu

Pakistanın bəzi bölgələrində həddindən artıq istilər hökm sürür.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda məlumatı meteorologiya rəsmiləri yayıb.

Məlumata görə, cənubda Sind və şimal-şərqdə Pəncab qızmar istidən ən çox təsirlənən bölgələr olub. İsti dalğanın ən azı daha bir həftə davam edəcəyi gözlənilir.

Yakobabadda qeydə alınan 51 dərəcə bu il müşahidə edilən ən yüksək temperatur olub.

Televiziya kanalı “92 News” bu gün Sind əyalətinin Kacço rayonunda şiddətli istilər səbəbindən ən azı üç uşağın öldüyünü, Larkanada isə temperaturun 50 dərəcə olaraq qeyd edildiyini açıqlayıb.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər