Saytımızı qiymətləndirin


 
 

BMT KXDR-ə COVID-19-la mübarizədə kömək təklif edib
Tarix: 14-05-2022 | Saat: 06:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Birləşmiş Millətlər Təşkilatı, BMT - Uşaq Bilik Portalı

BMT KXDR-ə COVID-19-la mübarizədə kömək təklif edib.

Qarabaginfo.az xəbər verir ki, bunu cümə günü keçirdiyi brifinqdə beynəlxalq təşkilatın baş katibinin nümayəndəsinin müavini Farhan Haq deyib.

“Biz KXDR-də koronavirusun yayılmasını narahatlıqla izləyirik. Hələlik epidemiya ilə bağlı rəsmi məlumat almamışıq, lakin bu məsələ ilə bağlı KXDR nümayəndələri ilə əlaqə saxlayırıq. Humanitar tərəfdaşlarımızla birlikdə KXDR-ə koronavirusla bağlı vəziyyətdə və digər məsələlərdə kömək etməyə hazırıq”, - o bildirib.

Qeyd edək ki, mayın 8-də Koreya Xalq Demokratik Respublikası hakimiyyəti ölkədə koronavirusa ilk yoluxma halını müəyyənləşdirib. Hadisə ilə əlaqədar KXDR lideri Kim Çen Inın da iştirak etdiyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası çağırılıb.

Artıq KXDR-də koronavirus infeksiyasına 18 mindən çox yeni yoluxma faktı qeydə alınıb. Virusa yoluxan 6 nəfərin həyatını xilas etmək mümkün olmayıb.(Report)



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər