Saytımızı qiymətləndirin


 
 

İranda kütləvi etiraz aksiyaları keçirilir
Tarix: 14-05-2022 | Saat: 06:46
Bölmə:Karusel / Region | çapa göndər

İranda kütləvi etiraz aksiyaları keçirilir

İranın bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.

Qarabaginfo.az xəbər verir ki, etirazlar əsasən İranın qərbində baş verib.

Bundan başqa cümə günü axşam saatlarında Lorestan əyalətinin Borucerd, Doroud, Çaharmahal Bəxtiyari əyalətinin Cunqan və Farsan, Kohquluye və Boyer-Əhməd əyalətlərinin Dehdəşt şəhərində vətəndaşlar etiraz aksiyaları keçirib.

İran rəsmiləri cümə gününə kimi ölkənin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında azı 22 nəfərin saxlandığını təsdiqləyib.

Sosial şəbəkələrdə yayımlanan videolarda təhlükəsizlik qüvvələrinin bəzi şəhərlərdə atəş açdığı və gözyaşardıcı qazdan istifadə etdiyi göstərilir.

Qeyd edək ki, etirazlar İranda ərzaq məhsullarının qiymətinin kəskin artmasından sonra başlayıb.

Aksiyaların mərkəzi Xuzistan əyalətinin İzə, Dezful və Əndimeşk şəhərləri sayılır.

İRNA dövlət xəbər agentliyi etiraz aksiyalarının keçirildiyini qismən təsdiqləyib və 15 nəfərin saxlanıldığını açıqlayıb.(Apa)



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər