Saytımızı qiymətləndirin


 
 

Rusiya qoşunları Xarkovdan geri çəkilir
Tarix: 13-05-2022 | Saat: 23:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gas en Europa, misiles en Donbass: Hora de definiciones

Rusiya qoşunları Ukraynanın Xarkov şəhərindən geri çəkilir.

Bu barədə Qarabaginfo.az Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiya qoşunları bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib.

“Düşmən Slobojansk istiqamətində əsas səylərini Xarkov şəhərindən öz bölmələrinin çıxarılmasına yönəldib”, - məlumatda deyilir.

Bundan əlavə, Rusiya qoşunları Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin İzyum yaxınlığında öz qrupunun arxasına keçməsinin qarşısını almağa çalışır: “Düşmən Petrovka, Pitomnik, Russki Tişki və Ternovoye yaşayış məntəqələri rayonlarında Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağı intensivləşdirib.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər