Saytımızı qiymətləndirin


 
 

Ombudsman Türkiyənin Bursa valisi, bələdiyyə sədrləri ilə görüşüb
Tarix: 13-05-2022 | Saat: 22:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ombudsman Türkiyənin Bursa valisi, bələdiyyə sədrləri ilə görüşüb - FOTO

Ombudsman Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Bursa valisi, Bursa Böyükşəhər və Osmanqazi bələdiyyələrinin sədrləri ilə görüşüb. Ombudsman Aparatından verilən məlumata görə, görüşlər zamanı S. Əliyeva Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bununla yanaşı, səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu ilə Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının təsis edilməsinin türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından önəmi vurğulanıb.

Ombudsman Türkiyənin Bursa valisi, bələdiyyə sədrləri ilə görüşüb - FOTO



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər