Saytımızı qiymətləndirin


 
 

Əlillik ala bilmədiyinə görə damarlarını kəsən Qadirlə bağlı daha bir - AçıqlamaƏlillik ala bilmədiyinə görə damarlarını kəsən Qadirlə bağlı daha bir - Açıqlama
Tarix: 13-05-2022 | Saat: 19:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əlillik ala bilmədiyinə görə damarlarını kəsən Qadirlə bağlı daha bir

Xəbər verdiyimiz kimi, mayın  11-də Vətən Müharibə iştirakçısı Cəfərov Qadir Habil oğlu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gələrək, ona əlillik təyin olunmadığı üçün damarlarını kəsib.

Qarabaginfo.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə münasibət bildirib.

Qeyd edilib ki, Vətən müharibə iştirakçısı, Ağcabədi rayon sakini Q.Cəfərov müharibədə yaralandığına görə 550 manat birdəfəlik sığorta ödənişi ilə təmin olunub. Həmçinin ona “Müharibə veteranı” adı verilərək, Prezidentin aylıq təqaüdü təyin olunub.

“Digər Vətən müharibəsi iştirakçıları kimi, Q.Cəfərova da yüksək səviyyədə ehtiram və diqqət göstərilsə də, o, məhz əlillik təyin olunmasını tələb edir. Halbuki, onun sağlamlıq vəziyyəti ona əlillik təyin etməyə əsas vermir.

Mayın 4-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilərkən, müəyyən olunub ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Q.Cəfərova dair təqdim edilən şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də, Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir. Ona görə də əlillik təyin edilməsindən imtina qərarı verilib”.

Nazirlikdən əlavə edilib ki, Q.Cəfərov bu qərarla razılaşmayıb, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək, qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirib.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər