Saytımızı qiymətləndirin


 
 

İstifadəyə yararsız olan dərman satışdan geri çağırılıb
Tarix: 13-05-2022 | Saat: 17:37
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

İstifadəyə yararsız olan dərman satışdan geri çağırılıb

Analitik Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, 028084 seriya ilə buraxılmış son istifadə tarixi 02.2023 olan “Fosfalyugel” ticarət adlı, daxilə qəbul edilən gel (16 q №20 paketlərdə (saşe)) dərman vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı verilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Apa-ya Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.

Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız 028084 seriya ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər