Saytımızı qiymətləndirin


 
 

Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Tarix: 13-05-2022 | Saat: 15:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin Yaxın Şərqdən könüllülərin Ukraynada döyüşlərə cəlb edilməsinə razılıq verib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

İclasda Ukraynadakı hərbi əməliyyatların gedişi, Finlandiya və İsveçin NATO-ya üzvülüklə bağlı qərarının potensial təhlükəsi, başqa cari məsələlər müzakirə olunub.

Şuranın toplantısında Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin, Rusiya Prezidentinin təbiəti mühafizə, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.




148 dəfə oxunub.

Digər xəbərlər