Saytımızı qiymətləndirin


 
 

Anası ölən 14 yaşlı Teymuru xalası küçəyə atdı - Video
Tarix: 13-05-2022 | Saat: 12:58
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

14 yaşlı Teymur Elçin oğlu Hüseynli Bakıda mənzili olsa da, küçədə yaşayır. Buna səbəb isə anasının vəfatından sonra nənəsinin və xalasının onu mənzilindən çıxarmasıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Gününsəsi.info"ya insan haqları fəallarının təqdim etdiyi materialda qeyd olunub.

Redaksiyaya təqdim olunan video-açıqlamada Teymur anasından ona qalan mənzilin xalası tərəfindən kirayə verilməsindən danışıb. O bildirib ki, anası 2017-ci ildə onkoloji xəstəlikdən vəfat edib. Bir müddət öz mənzillərində nənəsi ilə yaşayıb.

Sonradan xalası nənəsini öz evinə aparıb və Teymuru da küçəyə atıb.

Teymuru gecə saatlarında binanın blokunda görən qonşular onu mənzillərinə dəvət edib. İndi məhlə dostları növbə ilə Teymuru öz mənzillərində gecələmək üçün saxlayırlar.

Araşdırmamız zamanı bəlli olub ki, Teymurun anasından ayrılmış Elçin adlı atası Bakıda yaşayır. Qonşular bu barədə ona məlumat versələr də, özünə başqa həyat quran ata övladı ilə maraqlanmayıb.

Düşdüyü mövcud durum Teymurun təhslini də yarımçıq qoyub. Çünki kitabları, geyimləri xalasının evində olduğundan onları götürə bilmir.

 



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər