Saytımızı qiymətləndirin


 
 

Orxan Fikrətoğlu: "Mən yemək bişirməyəcəm"
Tarix: 13-05-2022 | Saat: 11:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Orxan Fikrətoğlu

“Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə əlbəttə ki. Buna ehtiyac var”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə təyin edilən Orxan Fikrətoğlu deyib. O bildirib ki, kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir: “Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın dijital formatda yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək.

Kulinariya bir çoxlarının fikrində deyəsən bozbaşxana kimi şəkillənib”.

Orxan Fiktətoğlu qeyd edib ki, Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edir: “Sakit olun. Mən yemək bişirməyəcəyəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəyəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.

Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın”.

Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib, onun yerinə tanınmış teleaparıcı, yazıçı Orxan Fikrətoğlu təyin edilib.



Xəbəri paylaş

1200 dəfə oxunub.

Digər xəbərlər