Saytımızı qiymətləndirin


 
 

Rusiyanın İsveçrədəki dondurulmuş aktivlərinin həcmi açıqlanıb
Tarix: 13-05-2022 | Saat: 00:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bütün xəbərlər » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Avropa İttifaqının sanksiyaları çərçivəsində İsveçrə hakimiyyəti tərəfindən dondurulan Rusiya aktivlərinin həcmi hazırda 6,3 milyard ABŞ dolları təşkil edir.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Konfederasiyanın İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Ervin Bollinger Berndə keçirilən brifinqdə bildirib.

“Aprelin 7-nə Rusiya Federasiyasının dondurulmuş vəsaitlərinin həcmi təxminən 7,5 milyard ABŞ dollarına çatırdı. Sonra daha 2,2 milyard dollarlıq aktivlər bloklanıb. Lakin ardından İsveçrə hökuməti daha əvvəl preventiv qaydada dondurulmuş 3,4 milyard dollarlıq vəsaiti məhdudiyyətlərdən çıxarıb. Hazırda Aİ-nin sanksiyaları ilə Rusiyanın fiziki və hüquqi şəxslərinin konfederasiya tərəfindən bloklanan aktivlərin ümumi məbləği təxminən 6,3 milyard dollar təşkil edir”, - o deyib.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər