Saytımızı qiymətləndirin


 
 

Ceyhun Bayramov Lavrovla Ermənistanla normallaşma prosesini müzakirə edib 
Tarix: 12-05-2022 | Saat: 16:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ceyhun Bayramov Lavrovla Ermənistanla normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

12 may 2022-ci il tarixində Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub.

XİN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, nazirlər, iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər