Saytımızı qiymətləndirin


 
 

Ermənistan Baş nazirinin müavini beynəlxalq axtarışa verilib
Tarix: 12-05-2022 | Saat: 16:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

2022/05/1652350799.jpg

 

Ermənistan Baş nazirinin müavini Hambardzum Matevosyana qarşı ordudan yayınmağa görə axtarış elan edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Oragir.news” nəşri öz mənbələrinə istinadən yazıb.

Mənbənin məlumatına görə, Matevsyan vaxtilə Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin birinci hissəsi ilə başlanmış cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Nəşr bildirib ki, Matevosyan 2011-ci il fevralın 3-də həbs qərarı ilə Ermənistan polisi tərəfindən axtarışa verilib, 2012-ci il dekabrın 28-də axtarış dayandırılıb, lakin cinayət işinin taleyi hələ də məlum deyil.

Hambardzum nəşrin suallarını cavablandırmayıb, Ermənistan hökumətindən isə cavab olaraq bildiriblər: “Baş nazirin müavini Hambardzum Matevosyanın adına daxil olan sorğuya cavab məlumat azadlığı haqqında Ermənistan qanununun tənzimləməsi sahəsindən kənardır”.


Xəbəri paylaş

913 dəfə oxunub.

Digər xəbərlər