Saytımızı qiymətləndirin


 
 

Azərbaycandan Avropaya bu il 3,5 mlrd. kubmetr qaz ixrac edilib
Tarix: 12-05-2022 | Saat: 11:21
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycandan Avropaya bu il 3,5 mlrd. kubmetr qaz ixrac edilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur.

Energetika Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib.

Məlumata görə, Türkiyəyə Trans-Anadolu boru kəməri (TANAP) ilə bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Qeyd olunur ki, cari ilin 4 ayı ərzində ölkədə 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,6 milyard kubmetri “Azəri-Çəraq-Günəşli” yataqlar blokundan, 8,5 milyard kubmetri “Şahdəniz” qaz-kondensat yatağından, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz, yəni 2 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər