Saytımızı qiymətləndirin


 
 

Şəhriyardan daha bir heç-heçə
Tarix: 11-05-2022 | Saat: 22:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şəhriyardan daha bir heç-heçə

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" davam edir.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dairəvi sistemlə təşkil olunan yarışın 6-cı turunda ağ fiqurlarla Alireza Firuzca (Fransa) ilə üz-üzə gəlib.

Qarşılaşma 96-cı gedişdə heç-heçə ilə başa çatıb.

Millimizin üzvü hazırda turnirdə 1,5 xalla 10-cu-sonuncu pillədə qərarlaşıb.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 min ABŞ dollarıdır. Ötən ilki "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.



Xəbəri paylaş

1214 dəfə oxunub.

Digər xəbərlər