Saytımızı qiymətləndirin


 
 

Paşinyan Hollandiyada təhqirlərlə qarşılanıb
Tarix: 11-05-2022 | Saat: 15:25
Bölmə:Karusel / Dünya | çapa göndər

 

2022/05/nikol-1652263213.jpg

 

Hollandiyanın Assen şəhərindəki erməni icmasının nümayəndələri bu ölkədə iki günlük rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanı təhqirlərlə qarşılayıblar.

Qarabaginfo.az-ın məlumatına görə, onlar “Nikol satqın”, “qatil” və “torpaq verən” kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, Paşinyanı Xroningen beynəlxalq hava limanında Niderland Kralının Drente bölgəsi üzrə komissarı Yeta Kleinmsman, Assen şəhərinin meri Marko Out, Tinarlo şəhərinin meri Marsel Taysen, Niderland Krallığının Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin rəhbəri Dominik Krolinq qarşılayıblar.


Xəbəri paylaş

246 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70