Saytımızı qiymətləndirin


 
 

Ukrayna ilə 1 günlük müharibə Rusiyaya neçəyə başa gəlir? - İNANILMAZ MƏBLƏĞ
Tarix: 08-05-2022 | Saat: 22:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

2022/05/16520-1652035537.jpg

Ukrayna ilə müharibənin hər günü ruslara 900 milyon dollara başa gəlir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Newsweek” jurnalına SOFREP hərbi nəşrinin baş redaktoru Şon Spunks məlumat verib.

Bildirilib ki, xərclər rus əsgərlərinə ödənişlər, döyüş sursatı, güllə və raket istehsalı, itirilmiş və ya zədələnmiş texnikanın təmiri xərclərindən ibarətdir.

Rusiya həmçinin müharibə zamanı atılan və hər biri təxminən 1,5 milyon dollar dəyərində olan minlərlə öldürücü silah və qanadlı raketlərin pulunu ödəməlidir.

Daha bir araşdırmada da göstərilib ki, müharibədən birbaşa itkilər Rusiyaya təxminən 7 milyard dollara başa gəlib. O da vurğulanıb ki, sərt sanksiyaların Rusiya iqtisadiyyatına təsiri çox güman ki, yaxın on il ərzində hiss olunacaq.

Mütəxəssislər deyirlər ki, Rusiya rublunun ucuzlaşması səbəbindən ölkə 30 il geriyə düşə və yaxın 5 il ərzində Rusiyada həyat səviyyəsi aşağı düşə bilər.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər