Saytımızı qiymətləndirin


 
 

Dünyada koronavirusa yoluxanların sayı 517 milyonu keçib
Tarix: 08-05-2022 | Saat: 19:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

La COVID-19 n'est toujours pas comparable à la grippe, préviennent des experts | La COVID-19 en Atlantique | Radio-Canada.ca

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 517 milyonu ötüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 517 099 297 nəfərə çatıb.

Qeyd edilir ki, pandemiya ərzində dünyada 6 250 668 nəfər COVID-19-dan dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya ilk yerləri bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayına görə dünyada birincidir.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər