Saytımızı qiymətləndirin


 
 

Baş nazir: “Postmüharibə dövrünün bərpa işləri və reallıqları Azərbaycana güclü mövqe qazandırır"
Tarix: 07-05-2022 | Saat: 08:12
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Baş Nazir Əli Əsədov 48 dövlət orqanında işçilərin işə cəlb edilməsi qaydasına dair tapşırıq verib

Postmüharibə dövrünün genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, yeni geosiyasi reallıqları Azərbaycana regional nəqliyyat-logistika qovşağı kimi güclü mövqe qazandırır.

Qarabaginfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yer alıb.

“Eyni zamanda regionda kommunikasiya əlaqələrinin açılması bölgədəki bütün dövlətlərə fayda gətirəcək və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcək. Bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək bu dəhliz, eyni zamanda beynəlxalq yükdaşımaları baxımından da mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan münaqişə səhifəsini çevirməyə, sərhədlərin delimitasiyasına və demarkasiyasına, sülh sazişi üzrə danışıqların başlanmasına hazırdır. Bu gün Azərbaycan öz vəsaiti hesabına, heç kimdən asılı olmayaraq işğaldan azad edilmiş şəhər və rayonlarımızın bərpası üzrə təsdiq olunmuş baş planlar əsasında intensiv şəkildə həyata keçirdiyi layihələrdə "ağıllı idarəetmə", "yaşıl enerji" konsepsiyasını gerçəkləşdirir, yüksək texnologiyalar və müasir yanaşmalar nümayiş etdirir”, - Baş nazir vurğulayıb.

Prezident İlham Əliyev azad edilmiş torpaqları addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir:

“Fantastik sürətlə, cəmi 8 ay ərzində inşa edilmiş, "Qarabağın hava qapısı" - Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları, igid əsgər və zabitlərimizin Şuşaya adladıqları tarixi Zəfər yolu da daxil olmaqla, bugünədək inşa edilmiş 1 000 kilometrədək avtomobil yolları, mürəkkəb relyefli ərazilərdə yüksək sürət və texnologiyalarla inşa edilən tunellər, yol ötürücüləri bölgənin inkişafına əhəmiyyətli təkan verməklə yanaşı, müasir tələblərə uyğun hərbi, siyasi və strateji əhəmiyyətli yol-nəqliyyat infrastrukturun yaradılmasına xidmət edir”.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər