Saytımızı qiymətləndirin


 
 

SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirib
Tarix: 06-05-2022 | Saat: 11:51
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirib

May ayının 6-sı axşam saatlarından 8-i səhərədək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s, arabir 25-30 açıq dənizdə arabir 33 m\s, qədər güclənəcəyi gözlənilir.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib. Həmçinin, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.



Xəbəri paylaş

222 dəfə oxunub.

Digər xəbərlər