Saytımızı qiymətləndirin


 
 

Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı - AÇIQLAMA
Tarix: 06-05-2022 | Saat: 10:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı - AÇIQLAMA

"Biletləri kimlərinsə alması və daha sonra digər şəxslərə satması və ya ötürməsi mümkün deyil".

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yaydığı açıqlamada belə qeyd olunub. Bildirilib ki, vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara tövsiyə edir ki, belə elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər və biletlərin alınmasını heç kimə əlavə vəsait ödəmədən özləri həyata keçirsinlər. Vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, may ayından etibarən Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə – cümə axşamı, cümə, şənbə və bazar günləri reyslər həyata keçirilir.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində isə həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür.

Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər