Saytımızı qiymətləndirin


 
 

Kadi Borges: "Çempionlar Liqasında oynamaqla arzumu gerçəkləşdirəcəyəm"
Tarix: 05-05-2022 | Saat: 18:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

FC Qarabag player Kady Borges wins UEFA Europa Conference League Goal of Group Stage - AZERTAC - Azerbaijan State News Agency

"Bu turnirdə çıxış etməklə həm özümün, həm də ailəmin arzusunu gerçəkləşdirmiş olacağam".

Qarabaginfo.az bildirir ki, bunu "Report"a müsahibəsində "Qarabağ"ın futbolçusu Kadi Borges Çempionlar Liqasındakı (ÇL) mümkün debütü barədə danışarkən deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, ÇL-də iştirak karyerasını davam etdirən hər bir futbolçunun arzusudur: "Bu, dünyanın ən nüfuzlu klub turniridir. Hamı orada oynamaq istəyər. Amma həyəcan yoxdur. Çünki sevdiyin işi görürsənsə, orada əsəbilik, gərginlik ola bilməz. Özünü bu yarışda iştiraka hazır saymayan hansısa futbolçuda həyəcan ola bilər".

26 yaşlı oyunçu turnirin qısa zamanda başlamasını istədiyini söyləyib: "Hazırda yalnız bu hisslər var. Çempionlar Liqası oyunlarının da həyəcanını yaxşı mənada yaşamaq arzusundayam. Gərginlik isə ümumiyyətlə yoxdur. Arzumu gerçəkləşdirməyi səbirsizliklə gözləyirəm".



Xəbəri paylaş

1297 dəfə oxunub.

Digər xəbərlər