Saytımızı qiymətləndirin


 
 

Putin Vahid Ələkbərovu təltif edib
Tarix: 05-05-2022 | Saat: 10:11
Bölmə:Karusel / Region | çapa göndər

Vahid Ələkbərov

 

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş sahibi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam rəsmi hüquq informasiya portalında dərc olunub.

“Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında... Ələkbərov Vahid Yusufoviç 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur”, - deyə sənəddə qeyd olunub.



Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər