Saytımızı qiymətləndirin


 
 

Vüsal Kərimli 300 avtobusu bu bazada çürüdür
Tarix: 04-05-2022 | Saat: 15:08
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

2022/05/bakub-1651660553.jpgTəəssüf ki, bir neçə aydır Bakı Bus MMC-nin Hövsan bazasında 300-ə yaxın avtobus çürümək üzrədir. Bazada yatıb qalır, xəttə çıxmır. Bununla bağlı aidiyyəti şəxslər məsuliyyət daşımalı, qanun qarşısında dövlətə vurduqları ziyana görə cavab verməlidirlər. Hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, 300-ə yaxın avtobus pik və qeyri-pik saatlarda minlərlə sərnişin daşıya bilər:

“Bu mənzərə doğrudan da ürək ağrıdır. Dövlət ilk dəfə olaraq Bakı Bus MMC daşıyıcı şirkətini yaratdı. Təəssüf ki, Bakı Nəqliyyat Agentliyi MMC-ni bu vəziyyətə gətirib çıxartdı. MMC Azərbaycan İnvestisiya Holdinqinə təhvil verildi. İndi də Holdinq avtobusları istismara verə bilmir. Bildirir ki, avtobusları BNA-dan bu vəziyyətdə alıb. BNA isə deyir ki, sözügedən avtobusları əvvəl istifadə ediblər. Burada ziddiyyətli məqam var. Günah kimdədir? Avtobuslar bazada niyə yatır? Niyə pik saatlarlarda minlərlə sərnişin yollarda qalır və məcbur qalıb manatlıq taksilərə üz tuturlar? Sərnişinlər niyə kiminsə harınlığı, rüşvətxorluğu, məsuliyyətsizliyi ucbatından əlavə xərc ödəyir?”.

E.Muradlının sözlərinə görə, BNA sözügedən avtobusları əvvəllər daxili imkanları hesabına təmir edib, hansısa formada işlədirmiş:

“Hesablama Palatası da üzə çıxardı ki, BNA “daxil imkanlar hesabına” deyəndə bir avtobusu söküb hissələrini digər avtobusa yığmağı nəzərdə tuturmuş. Neçə avtobus artıq “sklet” vəziyyətindədir. Dövlət şirkətini bu vəziyyətə salıb bir daha bizə sübut etdilər ki, ictimai nəqliyyat sektorunda yalnız özəl şirkətlər olmalıdır. Özəl şirkət işi səmərəli təşkil etmək üçün maraq güdür. Bu şirkətlərə avtobusun uzunmüddətli işləməsi və xarab olmaması maraqlıdır. Öz malı kimi avtobuslara qulluq edir. Kortəbii şəkildə iş görmür, istismar edib avtobusun evini yıxmır. Vaxt var idi BNA uca səslə deyirdi ki, ictimai nəqliyyat dövlətin əlində olmalıdır. Bu da dövlət şirkəti... Görün nə günə qoydular. Dövlət şirkətinə kim gəlsə, o da dağıdacaq. “Dövlətin malıdırsa, dağıdaq” prinsipi canlarına hopub. Həmin dağıdanlar qanun qarşısında cavab verməli, digərlərinə də dərs olmalıdır. İcitmai nəqliyyatı dağıtmaq olmaz. Bu, yolverilməzdir”.

Məsələ ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinə sorğu göndərilib.

 



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər