Saytımızı qiymətləndirin


 
 

Saxta iş elanları ilə pul qoparan dələduz tutuldu
Tarix: 04-05-2022 | Saat: 11:07
Bölmə:Karusel / Kriminal | çapa göndər

2022/05/c6cde-1651646273.jpg

 


Onlayn yolla müxtəlif elan saytlarında iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlara mövcud olmayan vakansiyalar təklif edən və bunun müqabilində zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən şəxs saxlanılıb.

Qarabaginfo.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, qanun pozuntularını törətməkdə şübhəli bilinən Sərastan Bəşirov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs saytlarda dövlət qurumlarının adından müxtəlif vakansiyalar üzrə namizədlərin qəbulu barədə saxta elanlar yerləşdirib. Sərastan Bəşirov işlə bağlı onunla əlaqə saxlayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla o, 200-dən artıq şəxsin pulunu ələ keçirərək dələduzluq edib.

Qeyd edək ki, Sərəstan Bəşirov elan saytlarında yerləşdirdiyi mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. Aşkar edilən faktlarla bağlı araşdırmalara başlanılıb və Sərastan Bəşirov tutularaq məsuliyyətə cəlb edilib.



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər