Saytımızı qiymətləndirin


 
 

Rusiya müharibədə Ukraynanın itkilərini - Açıqladı
Tarix: 03-05-2022 | Saat: 22:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya müharibədə Ukraynanın itkilərini

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Konaşenkov bu günə qədər Ukrayna ordusuna məxsus 146 təyyarə, 112 helikopter və 2 min 793 tank və zirehli texnika vurduqlarını açıqlayıb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Konaşenkov bu haqda Rusiya-Ukrayna müharibəsindən danışan zaman deyib.

Ukraynada hücumun davam etdiyini və hədəflərə qarşı yüksək dəqiqlikli silahlardan istifadə etdiklərini deyən Konaşenkov “ Gün ərzində havadan atılan yüksək dəqiqlikli raketlərlə Nikolayevka, Bolçeyarovka və Lisiçansk yaşayış məntəqələri yaxınlığında “S-300” hava hücumundan müdafiə raket sistemlərini yüksək dəqiqliklə istiqamətləndirən 3 radar stansiyası, “Toçka-U” taktiki raket sistemi, OSA-AKM hava hücumundan müdafiə raket sistemi və 3 Qrad çoxbarrelli reaktiv yaylım atəşi sistemi məhv edilib”, - bildirib.

Konaşenkov qeyd edib ki, Krasnıy Liman, Kramatorsk və Kamişyevaha yaşayış məntəqələrində hava hədəflərini dəqiqləşdirən 4 radar stansiyası, 6 döyüş sursatı, raket və artilleriya arsenalı və ABŞ istehsalı olan bir anti-batareya radarı vurulub.

Rusiya hava döyüş taktiki birliklərinin Ukraynanın 39 hərbi obyektini vurduğunu deyən Konaşenkov, artilleriya bölmələrinin 11 komanda mərkəzini, 54 artilleriya atəşi mövqeyini, 2 yanacaq anbarını və 342 möhkəmləndirilmiş mövqeni atəşə tutduğunu bildirib.

Konaşenkov həmçinin Rusiya hava hücumundan müdafiə sistemlərinin Çerniqov vilayətində Ukraynaya məxsus pilotsuz uçan aparatını vurduğunu qeyd edib.

“Bu günə qədər Ukrayna ordusuna aid 146 təyyarə, 112 helikopter, 697 pilotsuz uçuş aparatı, 287 hava hücumundan müdafiə raket sistemi, 2 min 793 tank və zirehli texnika, 319 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1267 haubitsa və minaatan, 2 min 59 xüsusi təyinatlı hərbi maşın məhv edilib”, - deyə Konaşenkov əlavə edib.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər