Saytımızı qiymətləndirin


 
 

Final görüşünün yeri məlum oldu
Tarix: 03-05-2022 | Saat: 19:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə PFL-in saytında məlumat yayılıb.

“Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq. Matç mayın 27-də keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.

Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də təşkil olunacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər
26-03-2020, 10:41 Neft yenidən bahalaşdı