Saytımızı qiymətləndirin


 
 

Ukrayna MN: Şərqdə döyüşlər şiddətlənir, Rusiya ümumi səfərbərlik elan edə bilər
Tarix: 30-04-2022 | Saat: 19:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna MN: Şərqdə döyüşlər şiddətlənir, Rusiya ümumi səfərbərlik elan edə bilər

Rusiya qoşunları Ukraynanın şərqində hücum əməliyyatlarının intensivliyini artırır.

Qarabaginfo.az “Unian.net”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Aleksandr Motuzyanik keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, əsas əməliyyat aktivliyi Slobojanske və Donetskdə müşahidə edilir.

Aleksandr Motuzyanik vurğulayıb ki, Rusiya qüvvələrinin əsas hədəfləri dəyişməz olaraq qalır və bu, Ukrayna müdafiə qüvvələrinin bölmələrinin mühasirəyə alınması, Donetsk, Luqansk və Xersonun tam nəzarətə götürülməsi və işğal altındakı Krıma quru yolunun sabitliyinin təmin edilməsidir.

O əlavə edib ki, Rusiya tərəfinin döyüşlərin daha da intensivləşdirilməsinə hazırlığına dair əlamətlər var.

Ukrayna MN Rusiya ərazisində ümumi səfərbərliyin elan edilməsinin mümkünlüyünü də istisna etməyib: “Düşmən qısa müddətdə öz planlarına nail ola bilməsə, bu cür ssenari tamamilə mümkündür, biz bunu istisna etmirik”.



Xəbəri paylaş

1374 dəfə oxunub.

Digər xəbərlər