Saytımızı qiymətləndirin


 
 

Rusiya Ukraynanın itkilərini açıqladı: "Ötən gecə 120 hərbçini məhv etdik”
Tarix: 30-04-2022 | Saat: 13:21
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə bir neçə Ukrayna pilotsuz təyyarəsini vurub.


Qarabaqinfo.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov şənbə günü bildirib.


“Qorlovka, Çervoni Oskol, Petmanovo, Kramatorsk, Kozinka, Karpovka, Putilina, Novoaxtırka, Bezliki  Liman və Peremoqa yaşayış məntəqələri üzərində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 18 pilotsuz uçuş aparatını, o cümlədən üç Bayraktar TB-2-ni məhv edib”, - deyə o bildirib.


Bundan əlavə, gecə saatlarında Donetsk və Xarkov ərazisi üzərində “Smerç” reaktiv yaylım atəş sisteminin iki Ukrayna raketi vurduğu da qeyd edilib.


"Gecə saatlarında yüksək dəqiqlikli havadan buraxılan raketlər Ukraynanın 5 hərbi obyektini vurub. Onların arasında: Berezovoye, Vozdvijenka, Pokrovskoye və Barvenkovo ​​yaşayış məntəqələri ərazilərindəki dörd döyüş sursatı və yanacaq anbarı, həmçinin canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi yerlər var”.


Onun sözlərinə görə, Ukraynanın 4 hərbi obyekti Rusiya raket qüvvələri tərəfindən vurulub, o cümlədən iki komanda məntəqəsi, raket sistemlərinin batareyası və radiolokasiya stansiyası məhv edilib.


"Artilleriya bölmələri gecə ərzində düşmənin 389 hədəfini darmadağın edib. Bunlara 35 komanda məntəqəsi, 41 istehkam, 169 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, 33 artilleriya mövqeyi, o cümlədən 15 raket və artilleriya silah və sursat anbarı daxildir", - Konaşenkov deyib.


General deyib ki, Rusiya aviasiyası bir gecədə Ukraynada 120-dən çox hərbçini, 4 tankı və 6 zirehli texnikanı məhv edib.
 

“Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 9 ərazini vurub”, - Konaşenkov bildirib.


Generalın sözlərinə görə, ümumilikdə, “xüsusi hərbi əməliyyat başlayandan indiyədək 142 təyyarə, 112 helikopter, 658 pilotsuz uçuş aparatı, 279 zenit-raket kompleksi məhv edilib. Həmçinin 2656 tank və digər zirehli döyüş maşını, 307 reaktiv yaylım atəşi sistemi, 1189 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2492 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”.



Xəbəri paylaş

1214 dəfə oxunub.

Digər xəbərlər