Saytımızı qiymətləndirin


 
 

“Shell” Rusiyadan neft almayacaq
Tarix: 28-04-2022 | Saat: 19:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

英蘭シェル:7~9月は32%減益-製油利幅低下とナイジェリア混乱で - Bloomberg

“Shell” şirkəti Rusiya neftinin alışına dair məhdudiyyətləri sərtləşdirərək yanacaq qarışıqları da daxil olmaqla hər hansı Rusiya tərkibli neft emalı məhsullarını daha qəbul etməyəcəyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Financial Post” yazıb.

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra şirkət Rusiya neftindən imtina edəcəyini açıqlayıb, lakin 50%-dən az yanacağı Rusiyadan olan məhsulları qəbul edib. İndi isə şirkət bu cür məhsullardan da imtina edəcəyini bildirib.

“Məhsul satışı üçün ərizə ilə müraciətin şərtləri satıcı tərəfindən satılan və çatdırılan malların Rusiya Federasiyasında istehsal olunmaması və Rusiya Federasiyasında istehsal olunan heç bir məhsulla qarışdırılmaması, satılan malların daşınmasının Rusiya Federasiyasından başlamaması və ya bu ölkədən tranzit keçidinin olmamasıdır”, - “Reuters” agentliyi “Shell”in “Platts” ticarət platformasında təyyarə yanacağının tədarükü üçün müraciətinə istinadən məlumat yayıb.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər