Saytımızı qiymətləndirin


 
 

BMT Baş katibi: “Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”
Tarix: 28-04-2022 | Saat: 12:40
Bölmə:Karusel / Region | çapa göndər

 BMT Baş katibi: “Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”

“Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”. 

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş CNN telekanalına müsahibəsində deyib.

O etiraf edib ki, görüşlər müharibəni bitirməyəcək: “Savaş Rusiya bu barədə qərara gələndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma əldə olunanda bitəcək. İstədiyiniz qədər görüş ola bilər, amma bu, müharibəni bitirməyəcək”.

Qeyd edək ki, BMT Baş katibi Moskvada səfərdə olub. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşməzdən əvvəl Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparıb.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər
13-04-2022, 23:29 Toyuq əti bahalaşdı