Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Gilan əyalətinin meri ilə görüşüb
Tarix: 28-04-2022 | Saat: 00:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Gilan əyalətinin meri ilə görüşüb

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Gilan əyalətinin meri Əsədulla Abbasi ilə görüşüb.

Qarabaginfo.az-ın məlumatına görə, görüşdə Ə.Abbasi bildirib ki, iki ölkə xalqlarının mədəni, tarixi və dini bağlılıqlarının olması ölkələrimiz arasında əlaqələrin inkişafına təsir edir:

“Astara sərhəd-keçid məntəqəsində ticarət mübadiləsini artırmaq üçün geniş potensial mövcuddur. Sərhəd çayı üzərində körpünün inkişaf etdirilməsi ilə gündəlik 1000 yük maşının gediş-gəlişini təmin etmək mümkündür”.

Ə.Abbasi ticarət əlaqələrinin Kaspian limanı və Bakı limanı arasında qatar daşıyan gəmilərdən istifadə etməklə daha da artırılacağını bildirib.

“Rəşt-Kaspian limanı arasında dəmir yolu xətti imkanından istifadə edə bilərik. Rəşt- Astara dəmir yolunun, eləcə də Astara-Astara dəmir yolunun tikintisini tezləşdirməklə ticarət mübadiləsinin həcmini daha da artıra bilərik”,- deyə Abbasi bildirib.



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər