Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda maska ucuzlaşacaq - İstehsal azaldılır
Tarix: 26-04-2022 | Saat: 10:04
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycanda tibbi maskanın qiymətləri ucuzlaşacaq.

Bunu Qarabaqinfo.az-a açıqlamasında “Bakı Tekstil Fabriki”nin rəhbəri Səbinə Babayeva bildirib.

S.Babayeva qeyd edib ki, pandemiya sona yetsə də, maska strateji məhsul olaraq qalacaq:

“Maska istehsalına davam edəcəyik. Tələbat azaldığından istehsalda istifadə edilən 4 avadanlığı çıxarıb, 2 avadanlığı saxlamaq qərarı verilib. Çünki virus təkrarlanarsa, yenidən müəssisə qurmaq istəmirik. Onun üçün də düşünürük ki, diş xəstəxanalarında, ginekologiyada, eyni zamanda əməliyyatxanalarda maskaya hər zaman ehtiyac olur. Bu səbəbdən iki avadanlıqla istehsala davam etmək və gələcəyə yönəlik işləməkdə qərarlıyıq”.

Müəssisə rəhbəri deyib ki, istehsaldan çıxarılan avadanlıqlarla bağlı qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat açıqlanacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın 5 milyon maska ehtiyatı, 10 milyon xammal ehtiyatı var.

Xatırladaq ki, koronvirusdan əvvəl 5 qəpiyə satılan tibbi maska pandemiyanın ən pik vaxtlarında 1 manatadək bahalaşmışdı. Hazırda maskanın qiymətləri 20-30 qəpik təşkil edir.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər