Saytımızı qiymətləndirin


 
 

Türkiyə və Ukrayna prezidentləri Mariupoldakı vəziyyəti müzakirə edib
Tarix: 24-04-2022 | Saat: 15:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə və Ukrayna prezidentləri Mariupoldakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son durum və müzakirə prosesi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Türkiyə Prezidenti hər keçən gün vəziyyətin ağırlaşdığı Mariupoldan yaralıların və mülki şəxslərin təhliyəsinin mütləq təmin edilməli olduğunu vurğulayıb. R. T. Ərdoğan Ukrayna və Rusiya arasında müzakirə prosesi ilə bağlı əlindən gələn bütün yardımı etməyə, vasitəçilik də daxil olmaqla, lazımi dəstəyi verməyə hazır olduğunu söyləyib. O, Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə də Türkiyənin prinspial olaraq müsbət yanaşdığını qeyd edib.



Xəbəri paylaş

1200 dəfə oxunub.

Digər xəbərlər