Saytımızı qiymətləndirin


 
 

Zelenski BMT Baş katibini tənqid etdi
Tarix: 24-04-2022 | Saat: 00:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər etmək qərarını tənqid edib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, bu gün keçirilən mətbuat konfransında bildirib.

Zelenski, həmçinin Qərb tərəfdaşlarını Ukraynaya real köməklə gəlməyə çağırıb və Ukraynanın “faciəli selfilər” üçün yer olmadığını deyib.

“Mənə elə gəlir ki, əvvəlcə Ukraynaya səfər etmək, onu görmək, sonra Rusiyaya gedib onunla danışmaq daha məntiqli olardı. Mənə elə gəlir ki, bu, sadəcə olaraq məntiqsizdir”, – Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında BMT baş katibinin qərarını şərh edib.

Quterreş aprelin 26-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. BMT baş katibinin Vladimir Zelenski və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşü aprelin 28-nə planlaşdırılıb.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər