Saytımızı qiymətləndirin


 
 

Namik Ələskərov "Bursaspor"a qələbə qazandırıb
Tarix: 23-04-2022 | Saat: 23:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Namik qol vurdu, komandası qalib gəldi

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I Liqasında növbəti oyununa çıxıb.

Qarabaginfo.az-ın məlumatına görə, "timsahlar" XXXIV turda "Denizlispor"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanıb yeganə qolunu 30-cu dəqiqədə Namik Ələskərov vurub. Görüşə start heyətdə başlayan 27 yaşlı yarımmüdafiəçi 55-ci dəqiqədə penaltidən yararlana bilməyib. Ələskərov 64-cü dəqiqədə İsmail Yükseklə əvəzlənib.

Qeyd edək ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan "Bursaspor" qələbə sayəsində xallarının sayını 35-ə çatdırıb.



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər