Saytımızı qiymətləndirin


 
 

AKP sözçüsü erməni əsilli deputatın qondarma "soyqırımı" ilə bağlı addımını sabotaj adlandırıb
Tarix: 23-04-2022 | Saat: 21:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Xalqların Demokratik Partiyasından (HDP) olan Türkiyə Böyük Millət Məclisinin deputatı Qaro Paylanın qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinə sərt reaksiya verib.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə o “Twitter“ hesabında paylaşım edib.

Ö. Çelik bunun Türk millətinə qarşı böhtan və əxlaqsız təklif olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu təklif həm də Türkiyə ilə Ermənistan arasında başlayan və Azərbaycanın dəstəklədiyi normallaşma prosesini sabotaj etmək cəhdidir.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər