Saytımızı qiymətləndirin


 
 

ÜST: "Rusiyanın Ukraynada xəstəxanalara hücumu nəticəsində 73 nəfər ölüb, 52 nəfər yaralanıb"
Tarix: 23-04-2022 | Saat: 17:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya Silahlı Qüvvələri fevralın 24-dən aprelin 6-dək Ukraynanın 162 səhiyyə müəssisinə hücum edib.

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜTT) Avropa üzrə regional direktoru doktor Hans Henri Klyuqe bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin hesabat dövründə hücumu nəticəsində 73 nəfər ölüb, 52 nəfər yaralanıb: “Rusiyanın hücumunun hədəfi xəstəxana və klinikaların binaları, tibb müəssisələrinin nəqliyyat vasitələri, şəxsi heyəti, pasiyentlər, materiallar və anbarlardır”.

Direktor deyib ki, Rusiya silahlılarının hücumlarına baxmayaraq, təşkilat fəaliyyətini davam etdirir, Ukraynanın şəhər və qəsəbələrinə tibbi məhsulları çatdırırlar.



Xəbəri paylaş

1194 dəfə oxunub.

Digər xəbərlər