Saytımızı qiymətləndirin


 
 

“Toyota” beton lövhəyə çırpıldı, ölənlər var - Fotolar
Tarix: 23-04-2022 | Saat: 14:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Toyota” beton lövhəyə çırpıldı, ölənlər var

 

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü km-də, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 






 



Xəbəri paylaş

228 dəfə oxunub.

Digər xəbərlər