Saytımızı qiymətləndirin


 
 

Şuşada tikilən yaşayış massivlərinin sayı açıqlanıb
Tarix: 23-04-2022 | Saat: 12:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Məftun Abbasov

Şuşada tikilən yaşayış massivlərinin sayı açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov məlumat verib.

Məftun Abbasov bildirib ki, Şuşada 7 yaşayış massivi tikilir: “Şuşada 7 yaşayış massivinin, məscid və digər obyektlərinin tikintisi davam edir”.

Yeni otellərin tikildiyini nəzərə çatdıran Məftun Abbasov Dünya Azərbaycanlılarının VI Qurultayının da Şuşada keçirilməsini xahiş edib və həmin dövrə qədər Şuşada çoxsaylı tədbir iştirakçılarının yerləşdirilməsi üçün hər hansı çətinliyin olmayacağını vurğulayıb.(Apa)



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər