Saytımızı qiymətləndirin


 
 

Ukrayna Kiyevdən Polşaya qatar buraxıb
Tarix: 21-04-2022 | Saat: 07:28
Bölmə:Karusel / Region | çapa göndər

Укрзалізниця ▻ Последние новости

“Ukrayna Dəmir Yolu” şirkəti paytaxt Kiyev ilə Polşa sərhədindəki Pjemışl şəhəri arasında qatar hərəkətə keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.

Bildirilib ki, qatar gündə iki dəfə hərəkət edəcək.

Pjemışlda sərnişinlər nisbətən asanlıqla Krakov və paytaxt Varşavaya, həmçinin daha sonra digər Avropa ölkələrinə gedə bilərlər.

Müharibənin iki ayı ərzində Ukraynadan 5 milyona yaxın insan əsasən qərb istiqamətinə hərəkət edib və bu qaçqınların əksəriyyəti ən azı ilkin mərhələdə Polşaya gedib.

Qeyd edək ki, Rusiya ordusunun Kiyev, Çerniqov və Sumı vilayətlərindən geri çəkilməsindən sonra qaçqınların bir hissəsi artıq öz vətənlərinə qayıdıb.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər