Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən tez-tez gündəmə gələn “Rusiya nüvə silahından istifadə edəcək” iddiası ilə bağlı diqqətçəkən açıqlama Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozyrevdən gəlib. 

Qarabaginfo.az xəbər verir ki, ABŞ mərkəzli media təşkilatı "Fox News Digital"a danışan Kozyrev, Rusiya prezidenti Putinin nüvə silahından istifadə imkanlarını dəyərləndirib.

Boris Yeltsin dönəmində ölkənin xarici siyasətini idarə edən Kozyrev müsahibəsində "Nüvə silahlarından istifadə etmək olar, ancaq çox, çox spesifik hallarda...Putin nüvə silahı üçün tətiyi ancaq kənardan təhlükə hiss etdiyi halda çəkəcək. Əgər Rusiya və ya onun yaxın olduğu ölkələrdən biri həqiqətən təhlükə altındadırsa, məsələn, NATO qoşunları Moskvaya daxil olarsa, nüvə silahından istifadə oluna bilər", - deyə bildirib.