Saytımızı qiymətləndirin


 
 

Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması liberallaşdırılır
Tarix: 18-04-2022 | Saat: 19:07
Bölmə:Karusel / Sosial | çapa göndər

Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması liberallaşdırılır

Nazirlər Kabineti “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarlara dəyişikliyi şərh edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması liberallaşdırılır. Qərarlar “Dövlət satınalmaları haqqında” qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 859 və 1439 nömrəli Fərmanlarına əsasən hazırlanıb.

Qeyd edilən Fərmana uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi olan “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılıb.Elektron portal vasitəsilə ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portal vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Adıçəkilən Fərmana uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına ərzaq məhsullarının satınalınmasının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə həyata keçirilməsi ilə əlaqədar satınalma şərtləri və bağlanılan müqavilə ilə bağlı, “Aqrar tədarük və təchizat” ASC-nin nizamnaməsinin layihəsində müvafiq dəyişikliklər edilir.

Eyni zamanda, satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin forması hazırlanıb.

Dəyişiklikdən sonra mikro və kiçik fermerlərin dövlət müəssisə və təşkilatlarının təchizatında iştirak imkanları genişlənəcək.

Paralel olaraq rəqabət mühiti təkmilləşdirildiyi üçün təchizat xərclərinin azaldılmasına imkan verəcək.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər