Saytımızı qiymətləndirin


 
 

Müavinət və təqaüdlərə 329 milyon ödənilib
Tarix: 18-04-2022 | Saat: 14:40
Bölmə:Karusel / Sosial | çapa göndər

2022-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Qarabaginfo.az-a verilən məlumata görə, onlardan 413 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

 

Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34% və ya 50 mln. manat çox olmaqla 197 mln. manat, təqaüd  ödənişləri üçün 26% və ya 28 mln. manat çox olmaqla 132 mln. manat sərf edilib.

 

Son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem üzərindən proaktiv təyinatı sistemləri işə salınıb. 2022-ci ilin ilk rübündə 110,1 min, ümumilikdə ötən dövrdə 330,9 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.



Xəbəri paylaş

232 dəfə oxunub.

Digər xəbərlər