Saytımızı qiymətləndirin


 
 

Mingəçevirdə kanalda batan şəxs əsgər imiş
Tarix: 16-04-2022 | Saat: 15:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mingəçevirdə kanalda batan şəxs əsgər imiş

Mingəçevirdə kanalda batan şəxsin kimliyi məlum olub. 

Yuxarı Qarabağ kanalının Mingçevirdən keçən hissəsində suda batan şəxs 19 yaşlı Allahverdi Əhmədovdur. İlkin araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov bir neçə gün əvvəl qulluq etdiyi hərbi hissədən 10 günlük məzuniyyətə çıxaraq yaşadığı Mingəçevir şəhərinə gəlib. 2 gün əvvəl isə Allahverdi yaşadığı evi tərk edib və bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

Allahverdi Əhmədovun axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Onun hansı şəraitdə su kanalına düşməsi hələlik məlum deyil.

Qeyd edək ki, A.Əhmədov 6 ayın əsgəri olub.

Qafqazinfo.az



Xəbəri paylaş

226 dəfə oxunub.

Digər xəbərlər
7-02-2022, 12:21 Sabahın HAVASI


Dünən, 14:45Tofiq Hüseynov - 70