Saytımızı qiymətləndirin


 
 

Qarabağda silahlı quldur dəstələri yaradılır
Tarix: 16-04-2022 | Saat: 14:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

2022/04/1650104313.jpg
   
“Bir neçə həftədir ki, Qarabağdan olan kişilər dəstələr (silahlı quldur dəstələri – red.) yaradaraq növbə ilə ərazini “qoruyurlar””.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Erməni siyasi xadim Metakse Hakopyan nəşrə açıqlamasında bu məlumatı təsdiqləyib.

“Bəli, yaradılıb və bilirsiniz niyə 30 il bənzər şey yox idi, ayın 16-da yox idi? Çünki o vaxt hər bir qarabağlı bilirdi ki, Qarabağın (qondarma qurum – red.) təhlükəsizliyinin qarantı olan Ermənistan hakimiyyəti var. İndi Qarabağ əhalisi başa düşür ki, əlbəttə, rus sülhməramlılarla birlikdə təhlükəsizliyinin təminatçısı özüdür. Biz hamıdan çox sülh istəyirik, lakin Nikol Paşinyan və onun hökumətinin yalnız müharibə və dağıntı gətirdiyini anlayaraq, onların gündəliyinə qarşı getməyə hazırıq”, - deyə o bildirib.
ordu.az


Xəbəri paylaş

273 dəfə oxunub.

Digər xəbərlər