Saytımızı qiymətləndirin


 
 

Qarabağ ermənilərinə verilən qazı bahalaşdırdılar - NARAZILIQ YARANDI
Tarix: 16-04-2022 | Saat: 12:39
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağ ermənilərinə verilən qazı bahalaşdırdılar - NARAZILIQ YARANDI

Qarabağda yaşayan mülki erməni sakinlərə verilən qazın qiyməti artırlıb.

Qarabaginfo.az xəbər verir ki, Ermənistan KİV-lərinin yaydığı məlumata görə, Xankəndidəki separatçıların qondarma qurumu abonentlər üçün yeni tariflər müəyyən edilib.

Qeyd edilib ki, qaz tarifləri 3,9% artırılıb.

Ayda 10000 kubmetrədək istehlak edən abonentlər üçün tarif 1 kubmetr üçün 143,7 dram təşkil edəcək. Əhalinin bu qrupu üçün qiymətlər 3,4% artacaq.

10000 kubmetrdən çox istehlak edən abonentlər üçün 1000 kubmetrə görə tarif dram ifadəsində 265,81 dollar olacaq və 3,9% artacaq.

Bu, mülki ermənilər arasında narazılıqla qarşılanıb. 


Qeyd edək ki, Qarabağ ermənilərinə mavi yanacaq ermənistandan gəlir. 



Xəbəri paylaş

251 dəfə oxunub.

Digər xəbərlər